"Qırmızı şeytan" Frankfurta köçür

"Mançester Yunayted"in futbolçusu Donni van de Bek karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi icarə əsasında "Ayntraxt"ın formasını geyinəcək.

Frankfurt klubu bu gün tibbi baxışdan keçən futbolçunu sonradan transfer etmək şərti ilə icarəyə götürür.

Donni van de Bekin transfer qiymətinin 11 milyon avro üstəgəl 4 milyon avro bonus təşkil etdiyi bildirilir. 

Qeyd edək ki, 2020-ci ildə "Ayaks"dan "Mançester Yunayted"ə keçən 26 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 21 dəqiqə meydanda olub.