"Qırmızı şeytan" meydana qayıdır
"Mançester Yunayted"in futbolçusu Tirel Malasia meydana qayıdır.
Sportline.az xəbər verir ki, 24 yaşlı müdafiəçi artıq zədəsini sağaldıb.
Onun gələn ilin əvvəlində komandasına kömək edəcəyi bildirilir.
Qeyd edək ki, niderlandlı sol cinah müdafiəçisi bu yay dizindən əməliyyat olunduqdan sonra yaşıl meydanlardan kənarda qalmışdı.