"Qırmızı şeytanlar" "Atalanta"nı yoldan çıxarıblar
"Mançester Yunayted" Rasmus Heylundun transferini həll etmək üzrədir.
Sportline.az İndependent nəşrinə istinadən xəbər verir ki, mançesterlilər bununla bağlı "Atalanta" ilə razılığa gəliblər.
20 yaşlı forvardın "qırmızı şeytanlar"a 60 milyon avroya başa gələcəyi bildirilir.
Futbolçunun özü ilə də şəxsi razılıq əldə olunub.