"Qırmızı şeytanlar"a şad xəbər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Meyson Mount sıraya dönür.

Sportline.az xəbər verir ki, bu haqda Daily Mail nəşri məlumat yayıb.

İngiltərəli futbolçunun sentyabrın 26-da "Kristal Pelas"la oyunda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi avqust ayında əzələsindən zədələnən Mount heyətdən kənarda qalmışdı.