"Qırmızı şeytanlar"dan "Lill"ə

“Mançester Yunayted”lə yollarını ayıran Anxel Qomes “Lill”ə transfer olunub.

Sportline.az verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçuyla 2025-ci ilin yayına qədər sözləşmə imzalanıb.

“Lill” Qomesi “Boavişta”ya icarəyə göndərib. Yarımmüdafiəçi 2020/21 mövsümünü Portuqaliya klubunda keçirəcək.