“Qızıl buts” nominasiyası üçün namizədlər bəlli olub
Mövsümün bombardirləri üçün nəzərdə tutulan "Qızıl buts" nominasiyasına namizədlər açıqlandı.
Sportline.az xəbər verir ki, mükafata 3 əsas namizədin adı verilib.
Belə ki, PSJ-dən Kilian Mbappe, "Mançester Siti"dən Erlinq Holland, "Bavariya"dan isə Harri Keyn namizəd olaraq göstərilib.
Qeyd edək ki, "Qızıl buts" mükafatı mövsümün sonunda təqdim ediləcək.