"Qızıl top"un sahibi də Ukraynada döyüşlərə qatılıb

Məşhur ukraynalı veteran futbolçu İqor Belanov Rusiyanın hücumuna məruz qalan Ukrayna uğrunda döyüşlərə qatılıb.

Sportline.az xəbər verir ki, 1986-cı ildə Kiyev “Dinamo”sunun və SSRİ futbol seçməsinin hücumçusu kimi Avropanın ən güclü futbolçusu seçilən Belanov əlinə silah alaraq, vətənin müdafiəsinə qoşulub.