"Qoca Sinyora"dan qələbə
"Yuventus" İtaliya A seriyasında 35-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Turin təmsilçisi "Kremoneze"yi qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
"Yuventus" - "Kremoneze" - 2:0
Qollar: Facoli, 55, Bremer, 79
Bu qələbə ilə xalını 69-a çatdıran "Yuventus" turnir cədvəlinin 2-cü pilləsində qərarlaşıb. "Kremoneze" 24 xalla sonuncu-19-cudur.