Qordon Avropa nəhənginə keçir

"Nyukasl"ın sol cinah vingeri Entoni Qordon yayda "Bavariya"ya keçəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri məlumat yayıb.

İngiltərə millisinin üzvü Münhen təmsilçisinə transfer olmağa razıdır.

Qeyd edək ki, E.Qordon cari mövsüm meydana çıxdığı 46 oyunda 17 qol, 5 asistlə yadda qalıb.