Qordon “Bavariya” yolunda

“Bavariya” Entoni Qordon transferi üçün danışıqlara başlayıb.

Sportline.az xəbər verir ki, “Bavariya” rəhbərliyi “Nyukasl”ın vingerini əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Məlumata görə, futbolçunun meneceri Almaniyaya gedərək klub nümayəndələri ilə müzakirələr aparıb. 

Bildirilir ki, İngiltərə təmsilçisi oyunçunu təxminən 80-90 milyon avro civarında qiymətləndirir və bu məbləğ transferin qarşısında əsas maneə hesab olunur. Bununla belə, “Bavariya” əvvəlcə futbolçu ilə şəxsi razılıq əldə edib, daha sonra məbləği aşağı salmağa çalışacaq. 

Qeyd edək ki, 23 yaşlı futbolçu hazırda “Nyukasl”ın əsas oyunçularından biridir və bu mövsüm göstərdiyi performansla bir çox top-klubların diqqətini cəlb edib.