Qordon "Bavariya"dan təklif alıb
"Bavariya"nın yay transfer pəncərəsi dövründə əsas hədəfi Entoni Qordondur.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
25 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 46 oyunda 17 qol, 5 asistlə yadda qalıb.
Qeyd edək ki, E.Qordon dəyəri 60 milyon avrodur.