Qordon "Bavariya"nı istəyir - "Nyukasl" 75 milyon avro tələb edir
"Bavariya" Entoni Qordonu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu Münhen təmsilçisinə keçməyə razıdır.
"Talk Sport"un yaydığı məlumata görə, "Nyukasl" qarşı tərəfdən 75 milyon avro tələb edir.
Qeyd edək ki, E.Qordon bu mövsüm meydana çıxdığı 46 matçda 17 qol, 5 asistlə yadda qalıb.