Qoretzka A Seriyasında çıxış edəcək
"Bavariya"dan azad agent kimi ayrılacaq Leon Qoretzka karyerasını "Milan"da davam etdirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin meneceri İtaliya klubu ilə bu həftə görüşəcək.
Qeyd edək ki, L.Qoretzka cari mövsüm meydana çıxdığı 43 matçda 3 qol, 4 asistlə yadda qalıb.