Qoretzka "Arsenal"a keçir
"Arsenal" Leon Qoretzkanı yayda azad agent kimi heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, "Bavariya"dan ayrılacağı dəqiqləşən almaniyalı yarımmüdafiəçi İngiltərədə çıxış etmək arzusundadır.
31 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 30 matçda 2 qolla yadda qalıb.
Qeyd edək ki, L.Qoretzkanın dəyəri 15 milyon avrodur.