Qoretzka "Arsenal"ın təklifini qəbul edib

"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretzka yayda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Arsenal" 31 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

31 yaşlı futbolçu London klubunun təklifinə müsbət cavab verib.

Qeyd edək ki, L.Qoretzka 2018-ci ildən "Bavariya"da çıxış edir.