Qoretzka "Fənərbağça" yolunda

"Bavariya"dan azad agent kimi ayrılacaq Leon Qoretzka karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Fənərbağça"nın rəhbərliyi almaniyalı futbolçunu transfer etməyə səy göstərir.

"Fanatik" nəşrinin yaydığı məlumata görə, İstanbul klubu Qoretzkaya illik 7 milyon avro maaş təklif edib.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu təklifi qəbul etsə, əlavə imza pulu üçün 10 milyon avro qazanacaq.