Qoretzka İngiltərə nəhənginin hədəfindədir

Bu yay "Bavariya"dan azad agent kimi ayrılacağı dəqiqləşən Leon Qoretzka karyerasını "Arsenal"da davam etdirməyə yaxındır.

Sportline.az "Bayern İnsider" nəşrinə istinadən xəbər verir ki, "topçular" oyunçunun meneceri ilə danışıqlara başlayıb.

30 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 28 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, L.Qoretzkanın dəyəri 15 milyon avrodur.