Qoretzka London klubundan təklif alıb

“Bavariya”nın almaniyalı yarımmüdafiəçisi Leon Qoretzka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Tottenhem” 30 yaşlı oyunçu üçün yanvar ayında rəsmi təklif göndərməyi planlaşdırır.

L.Qoretzkanın dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 26 matçda 1 qolla yadda qalıb.