Qoretzka London klubundan təklif alıb
Yayda "Bavariya"dan azad agent kimi ayrılacaq Leon Qoretzka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" almaniyalı futbolçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Qoretzka cari mövsüm meydana çıxdığı 30 matçda 2 qolla yadda qalıb.