Qoretzka "Yuventus"da
"Yuventus" 31 yaşlı yarımmüdafiəçi Leon Qoretzkanı azad agent kimi heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
Almaniya millisinin üzvü "Bavariya"ya yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Qoretzka 2018-ci ildən Münhen klubunda çıxış edir.