Belçikalılar Türkiyəyə gəlməyə qorxurlar

Belçikanın "Şarlerua" futbol klubu Antalyadakı təlim-məşq toplanışını ləğv edib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb, belçikalıların baş verə biləcək terror hadisəsindən qorxmasıdır. Mətbuata açıqlama verən klub direktoru Pyer-Yues Hendriksin bu sözləri deyib: "Bundan əvvəl də Antalyada təlim-məşq toplanışında olmuşuq. Hətta, yer də sifariş etmişdik. Lakin son günlərdə Türkiyədə siyasi mühitin qeyri-sabit olması, eləcə də, baş verən terror hadisələri futbolçularımıza pis təsir edib. Onlar Antalyada rahat olmayacaqlarını dedilər, biz də bu qərarı verdik".

Qeyd edək ki, "Şarlerua" rəhbərliyi hazırlıq prosesini Portuqaliyanın Kaskade bölgəsində keçəcək.