Qostiyev də finalda, Əmiraslanov bürünc uğrunda yarışacaq
Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. SportLine.az xəbər verir ki, yarışın ilk günündə 3 güləşçimiz xalça üzərinə çıxıb.
Sərbəst güləşçilərin mübarizəsində Aleksandr Qostiyev bütün rəqiblərini üstələyərək adını həlledici görüşə yazdırıb. Təmsilçimiz 86 kq çəki dərəcəsində qalib adı uğrunda yarışacaq.
57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə 3-cü yer urğunda görüşə çıxacaq.
Xatırladaq ki, bunadək qadınların yarışında mübarizə aparan Mariya Stadnik finala vəsiqə qazanıb.