Qostiyev fəxri kürsününü ikinci pilləsində

Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatının ilk günü yekunlaşıb.

SportLine.az xəbər verir ki, qitə birinciliyinin birinci günü seçməmiz üçün uğurlu alınıb. Mübarizəyə qoşulan 3 güləşçimizdən ikisi fəxri kürsüyə qalxıb. Mariya Stadnikin çempionluğunun ardından sərbəst güləşçimiz Aleksandr Qostiyev də ümidləri doğruldub. Yalnız finalda uduzan pəhləvanımız gümüş medala sahib çıxıb. 

57 kq-da yarışan Mahir Əmiraslanov isə bürünc medalın bir addımlığında büdrəyib.

Beləliklə, Avropa çempionatının ilk günündə güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib çıxıblar.