"Qarabağ" Bakıya döndü
UEFA Avropa Liqasının pley-off oyununda Polşa "Legiya"sını 3:0 hesabı ilə məğlub edən "Qarabağ" komandası artıq Bakıdadır.
Sportline.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandamız bu gün Vətənə qayıdıb.
Təmsilçilərimizi Heydər Əliyev Hava Limanında media nümayəndələri və idmançılar, ictimaiyyət nümayəndələri qarşılayıblar.