Qran-pri: 2 cüdoçumuz medalsız qaldı
Azərbaycan cüdoçusu İbrahim Əliyev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə bürünc medal qazana bilməyib.
Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə fransalı Benyamin Axusa uduzub.
Eyni çəkidəki Nurlan Osmanov bürünc medal qarşılaşmasında meksikalı Gilberto Kardosoya yenilib.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.