Qran-pri: Daha bir cüdoçumuz mübarizə qatılır
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-priyə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son gündə Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
+100 kq dərəcəsində Camal Qamzatxanov medallar uğrunda yarışacaq. O, 1/16 finalda qvineyalı Mustafa Fofananı sınağa çəkəcək.
Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 cüdoçusu çıxış edib. Onlardan yalnız gümüş medal qazanan Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsüyə qalxıb.