"Qranada"nın yeni baş məşqçisi bəlli oldu
İspaniyanın "Qranada" komandasının yeni çalışdırıcısının adı müəyyənləşib.
Sportline.az xəbər verir ki, komanda Aytor Karankaya tapşırılıb.
İnformasiyanı klubun rəsmi saytı yayıb.
Martın 6-da Robert Moreno baş məşqçi postunu tərk edib. O, İspaniya La Liqasının son iki turunda ardıcıl məğlubiyyətlə üzləşdiyi üçün istefa verib. "Qranada" hazırda 17-ci yerdədir.
Aytor Karankanın son iş yeri ötən il tərk etdiyi "Birmingem" olub. İspaniyalı mütəxəssis 2015/2016 mövsümündə Çempionşipdən İngiltərə Premyer Liqasına çıxardığı “Nottingem Forest”ə və “Midlsbro”ya da rəhbərlik edib.