Qriliş "Mançester Siti"dən ayrılacaq?
“Mançester Siti”nin ingiltərəli futbolçusu Cek Qriliş mövsüm sonunda klubdan ayrılacaq.
Sportline.az “Daily Star Sunday” nəşrinə istinadən xəbər verir ki, Qriliş “Mançester Siti”də xoşbəxt deyil. Bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşır.
29 yaşlı futbolçu 2021-ci ilin yayında 117.5 milyon avro qarşılığında “Aston Villa”dan “Mançester Siti”yə transfer olmuşdu.
Qeyd edək ki, Qrilişin transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir.
O bu mövsüm çıxış etdiyi 26 oyunda 2 qol və 5 asistlə yadda qalıb.
Qrilişin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.