Qrimaldo "Barselona"da çıxış edə bilər
"Bayer"in sol cinah müdafiəçisi Alexandro Qrimaldo "Barselona"nın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.
30 yaşlı futbolçunun dəyəri 24 milyon avrodur.
Qeyd edək ki, Qrimaldo cari mövsüm meydana çıxdığı 42 matçda 14 qol, 11 asistlə yadda qalıb.