Qrimaldo İspaniya nəhənginə transfer ola bilər

“Barselona” müdafiə xəttini gücləndirmək üçün yeni oyunçu transfer etmək niyyətindədir.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, klub “Bayer”də çıxış edən Alejandro Grimaldonun xidmətlərində maraqlıdır.

Balde zədələndikdən sonra onu kənar xəttdə əvəz edə biləcək səviyyədə futbolçu çatışmır.

Klub düşünür ki, Grimaldo Balde ilə sağlam rəqabət aparmaq gücündədir.

“Bayer” futbolçunun ayrılmasına müsbət yanaşır. Alman klubu Grimaldo üçün 30-40 milyon avro aralığında məbləğ tələb edir.

Qeyd: Alejandro Grimaldo “Bayer”dəki sabit və inamlı çıxışı ilə seçilir.