Qriqorçuk Latviya millisindən imtina edib
"Qəbələ"nin ukraynalı baş məşqçisi - Roman Qriqorçuk Latviya millisində işləmək təklifini qəbul etməyib. SportLine.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mehetskis məlumat verib.
Yerli mətbuata danışan Y.Mehetskis, "Qriqorçuk klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək təklifimizi qəbul etmədi", - deyə bildirib.
Qeyd edək ki, Latviya Futbol Federasiya millinin baş məşqçisi vəzifəsinə 2011/12 mövsümündə “Bakı”nı çalışdırmış Aleksandr Starkovu gətirib.