Qriqorçuk sabiq klubuna qayıtdı
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin "Çernomorets" klubunun baş məşqçisi təyin olunub. 56 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə həmyerlisi Yuri Morozu əvəzləyib.
Qeyd edək ki, Qriqorçuk 2010-2014-cü illərdə Odessa təmsilçisini çalışdırıb.