Qriqorçukla bağlı növbəti iddia
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı növbəti iddia irəli sürülüb.
Sportline.az Ukrayna mətbuatın istinadən xəbər verir ki, o, yayda komandadan ayrıla bilər.
Ukraynalı həmkarlarımızın yaydığı xəbərə görə, bu mövsüm Qriqorçuk üçün "Qəbələ"də sonuncu ola bilər:
"2018-ci il Qriqorçuk üçün "Qəbələ"də sonuncu ola bilər. Buna görə də o, komandadan titul qazanaraq, getmək istəyir".
Qeyd edək ki, Qriqorçuk 2014-cü ildən "Qəbələ"ni çalışdırır.