Quardiolanın “Real Madrid” ilə oyunda taxdığı saat dünyada gündəm oldu

“Mançester Siti”nin çalışdırıcısı Pep Quardiola “Real Madrid” ilə ÇL oyununda dünyanın ən bahalı və xüsusi saatlarından birini taxdı.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, “Richard Mille” tərəfindən hazırlanan saatdan dünyada sadəcə 50 ədəd var.

Təxmini dəyəri 2.3 milyon AZN olan saatın digər istifadəçi isə əfsanəvi raketka ustası Rafael Nadaldır.
Saatın rəsmi adı “Calibre RM27-01”dir.

Qeyd edək ki, “Real Madrid” –“Mançester Siti” arasında keçirilən ilk oyun 3-3 hesablı bərabərliklə yekunlaşdı.

Cavab oyunu aprelin 17-də Mançesterdə baş tutacaq.