"Quba"nın futbolçusu mükafatlandırıldı

Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Quba" futbol klubunun üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 16-cı turun "Quba" - “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.