Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar verdim"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə cavab oyununda (0:3) etdiyi feyr-pley hərəkəti barədə danışıb.

Sportline.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: “Bundan sonra mənim üçün ən çətin məqamlardan biri bu epizodla bağlı sualı cavablandırmaq olacaq. Yəqin ki, bundan sonra da çox müzakirə olunacaq. İstəmərəm ki, mən tərəfdən bu çox müzakirə olunsun.  Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur. Sırf ədalətli və əsl azərbaycanlı kimi qərar verdim".

Banner