Qvardiol "Mançester Siti"ni tərk edəcək?

"Mançester Siti"nin xorvatiyalı futbolçusu Yosko Qvardiol yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Bavariya" sözügedən oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Qvardiol cari mövsüm meydana çıxdığı 23 matçda 2 qol, 5 asistlə yadda qalıb.