Qvardiola Arda Güleri komandasında görmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real Madrid"in türkiyəli futbolçusu Arda Güleri komandasında görmək istəyir.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəsis 20 yaşlı oyunçunun transferini rəhbərliktən tələb edir.
Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
Qeyd edək ki, Arda Güler bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 4 qol, 9 məhsuldar ötürmə müəllifi olub.