Qvardiola "Jirona"nın futbolçularını istəyir

"Mançester Siti" "Jirona"nın futbolçuları ilə maraqlanır.

Sportline.az xəbər verir ki, baş məşqçi Xosep Qvardyola Kataloniya klubunun 4 futbolçusunun oyununu yaxından izləməkdədir.

"Cronica Global"ın yaydığı xəbərə görə, söhbət yarımmüdafiəçilər Viktor Sıqankov, Yan Koutu və hücumçular Artyom Dovbiklə Saviodan gedir.

"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn həftəsonu keçirilən "Jirona" - "Sevilya" (5-1) matçını stadiondan izlədiyi bildirilir.

Qeyd edək ki, 21 oyundan 52 xal toplayan "Jirona" La Liqanın lideridir.