Qvardiola karyerasını nə vaxt bitirəcək?

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın XI turunun "Fulhem"lə oyunu öncəsi mətbuat konfransında gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportline.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu gün baş məşqçi kimi 700-cü oyununa çıxacaq ispaniyalı mütəxəssis karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

O, 1 400-cü qarşılaşmadan sonra məşqçilik karyerasına son qoyacağını bildirib.

Qeyd edək ki, məşqçilik karyerasına 2007-ci ildə "Barselona"nın əvəzedicilərində başlayan Qvardiola daha sonra əsas komandada çalışıb. 41 yaşlı mütəxəssis "Mançester Siti"dən öncə Almaniya "Bavariya"sına da başçılıq edib.