Qvardiola: “Mançester Yunayted” tarix baxımından İngiltərənin ən yaxşı komandasıdır
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola FA Cup finalından öncə Mançester Yunaytedə tərif yağdırıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis "Sky Sports"a veridyi müsahibədə :""Yunayted”ə böyük hörmətimiz var. Həmişə belə olub. Son 10 ildə biz daha yaxşı olsaq da, tarixən “Mançester Yunayted” İngiltərənin ən yaxşı komandasıdır. Buna görə onlara hörmət edilməlidir” fikirlərini səsləndirib.
Xatırladaq ki, Pepin komandası Premyer Liqanın son 7 mövsümünün 6-sını qalib başa vurub. "Mançester Yunayted" isə sonuncu dəfə bu titulu 2012/2013 mövsümündə qazanıb.
İngiltərə kubokunun finalı Londondakı "Uembli Stadionu"nda keçiriləcək. Görüşün baş hakimi Endryu Madeli oalcaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq