Qvardiola: "Mən dahiyəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 19-cu turunda səfərdə "Çelsi"yə qalib gəldikləri oyunda etdiyi uğurlu əvəzetməyə münasibət bildirib.

Sportline.az xəbər verir ki, o, görüşdən sonra yerli mətbuata açıqlamasında qısaca olaraq "Mən dahiyəm" deyib.

Matçın 60-cı dəqiqəsində Qvardiola Riad Mahrezi meydana buraxıb. O, isə cəmi 3 dəqiqə sonra oyunda yeganə qolu vuraraq komandasına vacib qələbə qazandırıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda 39 xalla turnir cədvəlində ikincidir. "Şəhərlilər"i lider "Arsenal"dan 5 xal ayırır.

Banner