Qvardiola müasir futbolun ən yaxşı yarımmüdafiəçisini açıqlayıb
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Arsenal"la oyun (2-2) oyunsonrası mətbuat konfransında zədələnən Rodri haqqında danışıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, ispan mütəxəssis "Onun vəziyyətin bilmirəm, həkimlərlə danışmamışam. Amma Rodri güclüdür.
O, nəyisə hiss etdiyi üçün meydanı tərk etdi, əks halda oynayardı.Rodri dünyanın ən yaxşı yarımmüdafiəçisidir və "Qızıl Top"a əsas namizədlərdən biridir. Mən çox istəyirəm ki, o, bu mükafatı qazansın" deyib.
Qeyd edək ki, Rodri bu mövsüm Mançester klubu ilə 4 oyuna çıxıb.O, ötən gün "Arsenal"la oyunun 21-ci dəqiqəsində zədələnərək yerini Mateo Kovaçiçə buraxıb.