Qvardiola: "Rodri "Qızıl top"u qazansa, şad olaram

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi Rodri "Qızıl top"u qazansa, necə reaksiya verəcəyini açıqlayıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis mətbuata açıqlamasında bu fikiləri səsləndirib.

"Rodri ötən mövsüm "Mançester Siti" ilə Premyer Liqa çempionluğunu qazandı.İspaniya millisi ilə AVRO 2024-ün qalibi oldu və turnirin ən yaxşı oyunçusu seçildi. 

İnkar edə bilmərəm ki, Rodri "Qızıl top"u qazansa xoşbəxt olardım.Onun sabitliyi inanılmazdır.

"Qızıl top" uğrunda mübarizə aparmaq və onu qazanmaq - fantastik nailiyyətdir" Fabritsio Romano Qvardiolanın sözlərindən sitat gətirib.