Qvardiola "Tottenhem"ə məğlubiyyətdən danışdı
“Tottenhem" hücumdan sonra geri qayıtdıqda o qədər yığcam müdafiə olunurdu ki... İnanılmaz idi. Düşünürəm ki, yaxşı oynadıq. Çoxlu şanslar yaratdıq".
Sportline.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi İngiltərə Premyer Liqasının 26-cı turunda evdə "Tottenhem"ə uduzduqları oyundan (2:3) sonra deyib.
O, BBC-yə açıqlamasında məğubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "Komandam haqqında pis heç nə deyə bilmərəm. Onlardan gözlədiyim kimi oynadılar. Düzdür, əks-hücumlar üçün çox boşluqalr buraxdıq, lakin ümumilikdə yaxşı çıxış etdik. Harri Keynin nəyə qadir olduğunu hamı bilir. İlk qol zamanı zəif müdafiə olunduq, lakin 10-15 dəqiqədən sonra çoxlu qol imkanları yaratdıq. Qapıçımız Lloris əla idi. Biz daha çox qol vurmalıyıq”.
Qeyd edək ki, "Mançester Siti" hazırda 63 xalla liderdir