Qvardiolanın gözü “Bavariya”nın futbolçusuna düşüb
“Bavariya”nın fransalı futbolçusu Maykl Olis “Mançester Siti”nin transfer hədəfinə çevrilib.
Sportline.az “Tribuna”ya istinadən xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola 23 yaşlı futbolçunu komandasında görmək istəyir.
Olis bu mövsüm çıxış etdiyi 36 oyunda 13 qol və 12 asistlə yadda qalıb.
Qeyd edək ki, “Mançester Siti” bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.