Qvardyola: "Səudiyyə Ərəbistanı çempionatının bu tempə nə qədər dözəcəyini bilmirəm"
Xosep Qvardiola Mahrezin Səudiyyə Ərəbistanı seçimi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ”Mançester Siti”nin təcrübəli çalışdırıcısı Qvardiola Mahrezin Səudiyyə Ərəbistanı liqasına getməsindən danışıb: “Mahrez inanılmaz təklif aldı, buna görə də ona "bunu etmə" deyə bilmədik. Hələlik belə imkanları var. Premyer Liqa başqa çempionatlardan çox vəsait xərclədiyinə görə təşkilatçılığı daha yaxşıdır. Səudiyyə Ərəbistanı çempionatının bu tempə nə qədər dözəcəyini bilmirəm. Amma elə təəssürat yaranıb ki, dözəcəklər. Futbolçular da bu imkandan yararlanmaq, həmin liqada oynamaq istəyirlər".