Qvardyola Emeri haqqında düşüncələrini bölüşdü

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola "Aston Villa"nın çalışdırıcısı Unai Emeri haqqında fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis həmkarı ilə bağlı xoş sözlər danışıb.

"Onu rəhbərlik etdiyi bütün komandaların öz dəsti-xətti var. Bu, Emeri dəsti-xəttidir. Komandalar bütün aspektlərdə yaxşı təsir bağışlayırlar. Göstərdiyi nəticələr də dediyimi təsdiqləyir. Emerinin işindən sadəcə zövq alıram", - deyə Qvardyola həmvətənini xarakterizə edib.

O, həmçinin bugünkü qarşılaşmanın da çətin alınacağını vurğulayıb.

Qeyd edək ki, "Mançester Siti" bu gecə İPL-in 15-ci turu çərçivəsində "Aston Villa"nın qonağı olacaq.