Qvardyola karyerasını bitirmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola karyerasını bitirə bilər.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis buun hansı şərtlər müqabilində baş verəcəyini açıqlayıb.
"Biz bu mövsüm üç mükafat qazansaq, istefaya gedəcəm. Bu dəqiqdir. Əlbəttə, bilirəm ki, bu, çətin məsələdir. Bunu yalnız Aleks Fergyussonun komandası və biz bacarmışıq. Təkrarlaya bilsək, missiyamı bitmiş sayacağam", - deyə Pep Daily Mail-ə planlarından danışıb.
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşıb.
Komanda lider "Arsenal"dan 6 xal geri qalır.