Qvardyolanın çempionluq düsturu

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola İngiltərə Premyer Liqasında cari mövsümün necə nəticələnəcəyi ilə bağlı qənaətini bölüşüb.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın azarkeşlərini sakit olmağa səsləyib: "Bir həftə qalıb. 3 oyun, 9 xal və biz çempionuq. Bunu bacarmasaq "Arsenal" baş mükafatı qazanacaq. İki oyunda qalib gəlsək, son matçda çempionluğun taleyi öz əlimizdə olacaq".

Qvardyola bu sözləri "Sky Sports"a açıqlamasında deyib.

Qeyd edək ki, "Mançester Siti" hazırda 1 xal geri qaldığı "Arsenal"dan bir oyun az keçirib.